Tesla üçüncü rüb üzrə avtomobil tədarükləri ilə bağlı gözləntiləri üstələyib.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, şirkətin üçüncü rübdəki nəticələri Tesla-nın iki il davam edən satış azalmasından sonra yenidən artım trayektoriyasına qayıda biləcəyinə dair gözləntiləri gücləndirib.
Şirkətin nəticələri elektrik avtomobilləri bazarında rəqabətin kəskinləşdiyi bir dövrə təsadüf edir. Xüsusilə Çin istehsalçıları ilə rəqabət və elektrik avtomobillərinə qlobal tələbin dəyişməsi avtomobil sənayesinin əsas gündəm mövzularından biri olaraq qalır.
//Samir Qurbanov, Editor.az

