Rusiyanın hava hücumlarından sonra Ukraynanın paytaxtı Kiyevdə Dnepr çayı üzərindən keçən üç körpüdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Editor.az xəbər verir ki, Associated Press-in məlumatına görə, hücumlar şəhərdə ciddi nəqliyyat sıxlığına səbəb olub. Körpülərin bağlanması və ya hərəkətin məhdudlaşdırılması paytaxtın müxtəlif hissələri arasında nəqliyyat əlaqəsinə təsir göstərib.
Ukrayna müharibəsi fonunda enerji, nəqliyyat və digər kritik infrastruktur obyektlərinə zərbələr ölkənin böyük şəhərlərində gündəlik həyat və logistika üçün ciddi problemlər yaratmaqda davam edir.
//Samir Qurbanov, Editor.az

