Argentina millisinin ulduz hücumçusu Lionel Messi dünyanın ən yaxşı futbolçularından biri hesab olunmasından məmnun olduğunu bildirib.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Təcrübəli futbolçu qeyd edib ki, karyerasında qazandığı uğurlar ona əlavə arzular üçün əsas vermir.
Messi açıqlamasında bildirib:
“Mən artıq sahib olduqlarımdan daha çoxunu istəyə bilmərəm. Dəfələrlə dediyim kimi, buna görə Tanrıya şükür edirəm. O, mənə çox şey bəxş edib. Futbol tarixinin ən yaxşılarından biri hesab olunmaq inanılmaz komplimentdir. Bu, möhtəşəm hissdir.”
2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Argentina millisi Əlcəzair yığmasını 3:0 hesabı ilə məğlub edib. Qarşılaşmada het-trik edən Messi mundiallar tarixinin ən məhsuldar futbolçuları sırasında rekord göstəriciyə çataraq Miroslav Klose ilə eyni nəticəni təkrarlayıb.
Bu qələbədən sonra Argentina yığması 3 xal toplayaraq J qrupunda liderliyə yüksəlib. ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu da məhz Argentina millisidir.
Qeyd edək ki, daha əvvəl Braziliya futbolunun əfsanəsi Ronaldo Messini bütün dövrlərin ən yaxşı futbolçusu adlandırmışdı.
//Gülnarə Abasova, Editor.az


