Ukrayna ixrac məhsullarının Moldova ərazisindən dəmir yolu ilə daşınması üçün 50 faizlik güzəşt əldə edib.
Ukraynanın Baş naziri Sergey Koretskinin açıqlamasına görə, Moldova ərazisindən dəmir yolu ilə tranzit daşımalar üçün yeni güzəştli tariflər tətbiq olunub. Güzəşt 10 avqustdan qüvvəyə minib və 2026-cı ilin sonunadək davam edəcək.
Razılaşmanın Ukraynanın ixracatçıları üçün logistika xərclərinin azaldılmasına və alternativ ixrac marşrutlarının genişləndirilməsinə imkan verəcəyi gözlənilir.
Moldova üzərindən dəmir yolu marşrutunun əhəmiyyəti xüsusilə Ukraynanın ixrac infrastrukturunun üzləşdiyi təhlükəsizlik riskləri fonunda artır. Yeni güzəşt Ukrayna yüklərinin alternativ istiqamətlər üzrə daşınmasını daha sərfəli edə bilər.
//Samir Qurbanov, Editor.az

