Almaniyada 16 yaşdan aşağı şəxslər üçün alkoqol qadağası sərtləşdirilirbackend

Almaniyada 16 yaşdan aşağı şəxslər üçün alkoqol qadağası sərtləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada 16 yaşdan aşağı yeniyetmələrin alkoqollu içkilərdən istifadəsinə qoyulan qaydaların sərtləşdirilməsi planlaşdırılır.

Editor.az xəbər verir ki, yeni qanun layihəsinə əsasən, 16 yaşdan aşağı şəxslərin valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakı ilə belə alkoqol qəbul etməsinə icazə verilməyəcək.

Hazırda Almaniyada 16 yaşdan etibarən pivə, şərab və digər zəif alkoqollu içkilərin istifadəsinə icazə verilir. Mövcud qaydalara əsasən, 14 və 15 yaşlı yeniyetmələr valideynlərinin və ya qəyyumlarının iştirakı ilə pivə və şərab içə bilirlər.

Təklif olunan dəyişikliklə bu istisnanın ləğvi nəzərdə tutulur. Beləliklə, 16 yaşına çatmayan şəxslər üçün alkoqol istifadəsinə münasibətdə daha sərt məhdudiyyət tətbiq ediləcək.

Qanun layihəsinin əsas məqsədi uşaqların və yeniyetmələrin sağlamlığının qorunması, həmçinin erkən yaşlarda alkoqol istifadəsinin qarşısının alınmasıdır.

Mütəxəssislərin əvvəlki araşdırmaları da Almaniyada alkoqolun 16 yaşdan etibarən əlçatan olmasının yeniyetmələr arasında istehlakın artması ilə əlaqəli olduğunu göstərib. Araşdırmalara görə, 16 yaşdan sonra alkoqol istehlakında nəzərəçarpacaq artım müşahidə olunur və bununla yanaşı, alkoqolun təsiri altında törədilən bəzi hüquq pozuntularının sayı da yüksəlir.

Təklif edilən yeni qaydalar hələ qüvvəyə minməyib. Qanun layihəsinin parlamentdə müzakirəsindən və təsdiqlənməsindən sonra onun tətbiqinə başlanması gözlənilir.

//Gülnarə Abasova, Editor.az