ABŞ və İran İslamabad Memorandumu çərçivəsində müəyyən edilmiş 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəliblər.
Musavat.com xəbər verir ki, bu barədə Pakistan hökumət mənbələri “Anadolu” Agentliyinə məlumat veriblər.
Mənbələrin sözlərinə görə, mövcud razılaşmanın müddəti avqustun 17-də başa çatır. Vaşinqton və Tehran artıq vasitəçilərə atəşkəs rejiminin uzadılması barədə rəsmi razılıqlarını çatdırıblar.
Danışıqların gedişatı ilə tanış olan mənbə bildirib ki, hər iki tərəf vasitəçilər vasitəsilə prosesi davam etdirməkdə maraqlıdır. Hazırda ABŞ və İran konkret uzadılma tarixini və şərtlərini dəqiqləşdirmək üçün vasitəçilər üzərindən intensiv mesaj mübadiləsini davam etdirirlər.

