Rusiya ukraynalı hərbi əsirlərdən batalyonlar formalaşdırır – SBUbackend

Rusiya ukraynalı hərbi əsirlərdən batalyonlar formalaşdırır – SBU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın ukraynalı hərbi əsirlərdən döyüş batalyonları formalaşdırdığı barədə məlumatı təsdiqləyib.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya tərəfi əsir götürülmüş ukraynalı hərbçilərdən müxtəlif döyüş bölmələri yaratmağa çalışır. Bu bölmələrin Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə istifadə edildiyi bildirilir.

SBU bu halların Ukrayna xüsusi xidmətləri tərəfindən izlənildiyini açıqlayıb. Ukrayna tərəfi hərbi əsirlərin döyüş əməliyyatlarında iştirak etməyə məcbur edilməsini beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyasının müddəaları ilə ziddiyyət təşkil edən fəaliyyət kimi qiymətləndirir.
Qeyd edək ki, Rusiyada daha əvvəl də ukraynalı hərbi əsirlərdən “Boqdan Xmelnitski” adlı batalyonun yaradıldığı barədə məlumatlar yayılmışdı.

//Samir Qurbanov, Editor.az