Dunayın səviyyəsi kritik həddə düşür: Bolqarıstanda AES-in fəaliyyətinin dayandırılması təhlükəsi yaranıbbackend

Dunayın səviyyəsi kritik həddə düşür: Bolqarıstanda AES-in fəaliyyətinin dayandırılması təhlükəsi yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanın “Kozloduy” Atom Elektrik Stansiyası (AES) Dunay çayında suyun səviyyəsinin azalması səbəbindən elektrik enerjisi istehsalını azaltmalı və ya hətta fəaliyyətini tamamilə dayandırmalı ola bilər.

Editor.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, hazırda AES-in hər birinin gücü 1000 meqavat olan iki reaktorunun su ilə təminatının davam etdirilməsi üçün zəruri tədbirlər görülüb.

Lakin Dunayda suyun səviyyəsi təhlükəli həddə yaxınlaşır. AES ərazisində çayın səviyyəsi dəniz səviyyəsindən 20,62 metr yüksəkdir. Bu, 2026-cı il ərzində qeydə alınan ən aşağı göstəricidir.

“Kozloduy” AES-in keçmiş rəhbərliyinin nümayəndələrindən biri olan Georgi Kaştievin sözlərinə görə, Dunayda suyun səviyyəsinin daha 10–12 santimetr azalması elektrik enerjisi istehsalının aşağı düşməsinə səbəb ola bilər.

Su səviyyəsinin 20 santimetr azalacağı təqdirdə isə “Kozloduy” AES-in fəaliyyətinin tamamilə dayandırılması riski yaranır.

Bu vəziyyətə əsas səbəb kimi bölgədə hökm sürən quraqlıq və bunun nəticəsində Dunay çayında suyun səviyyəsinin kəskin azalması göstərilir.

//Gülnarə Abasova, Editor.az