Moskva hava limanlarının fəaliyyəti iflic olubbackend

Moskva hava limanlarının fəaliyyəti iflic olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava məkanındakı məhdudiyyətlərə görə, aviaşirkətlər Vnukovoda uçuş cədvəllərində dəyişiklik edirlər. Aeroport sərnişinlərin “təyyarədə də daxil olmaqla daha uzun gözləmələrə hazır olmaları” barədə xəbərdarlıq edib.

Vnukovo əlavə edib ki, aviaşirkətlər normal əməliyyatları mümkün qədər tez bərpa etmək üçün səy göstərirlər.

Qeyd edək ki, günün əvvəlindən bəri Moskvaya yaxınlaşan 33 dron vurulub və xəsarət alanlar barədə məlumat verilməyib. Bu səhərdən bəri Vnukovoda ən azı 20 uçuş təxirə salınıb. Hava limanınan gedən bəzi təyyarələr Moskva hava qovşağı daxilindəki digər hava limanlarına yönləndirilib. “Pobeda Airlines” və “Azur Air” də cədvəldə dəyişikliklər ediblər.

//Samir Qurbanov, Editor.az