Mühafizəçi Xalq artistini döyübmüş: “Mən niyə çağırıram, get, özün çağır…”backend

Mühafizəçi Xalq artistini döyübmüş: “Mən niyə çağırıram, get, özün çağır…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən hadisənin canlı şahidi olan adamla danışdım. Hadisə belə olub: Ağadadaş Ağayev “Medera” adlı xəstəxananın lap yaxınlığında yaşayır. O, bir neçə gün əvvəl qulağından əməliyyat olunub. Həyətinin qapısını açıb “Medera” nın gözətçisinə deyib ki, oradan bir tibb bacısı çağır, gəlib mənim qulağıma baxsın.

Editor.az  axar.az-a istinadla xəbər verir ki. bu barədə jurnalist Məhəmmədəli Qəribli qeyd edib.

Onun sözlərinə görə, gözətçi “Mən niyə çağırıram, get, özün çağır” cavabını verib:

“Aralarında yaranan mübahisə davaya çevrilib. Qarovulçu Ağadadaşı yıxıb yerə və möhkəm döyüb. Hadisə şahidi deyir ki, onlar bir neçə adamla zorla Ağadadaşı mühafizəçinin əlindən ala biliblər.

Sonra xalq artisti evdən baltanı götürüb və düşüb onu döyən mühafizəçinin ardına. Baltanı atanda başqa bir adama dəyib.

Qeyd edək ki, A.Ağayevin mühafizəçiyə tulladığı balta orada işləyən xanım Paşayevanın ayağına dəyib.