Norveç Rusiyaya məxsus gəmini müsadirə etdibackend

Norveç Rusiyaya məxsus gəmini müsadirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç hökuməti Ukraynanın dövlət enerji şirkəti “Naftogaz”ın müraciəti əsasında Rusiyaya məxsus “Professor Molçanov” adlı gəmini müsadirə edib.

Editor.az-ın məlumatına görə, gəmi Norveçin Svalbard arxipelaqında Rusiyanın idarə etdiyi Barentsburq mədənçilik qəsəbəsində saxlanılıb.

“Naftogaz” bildirib ki, gəminin müsadirəsi Rusiyanın beynəlxalq arbitraj qərarı ilə müəyyən edilmiş təzminat öhdəliklərini yerinə yetirməsini təmin etmək məqsədi daşıyır. Şirkət Rusiyaya məxsus aktivlərin dondurulduğu digər ölkələrdə də arbitraj qərarının icrası ilə bağlı hüquqi proseslərin davam etdiyini açıqlayıb.

Rusiya tərəfi isə qərara etiraz edərək hadisə ilə bağlı ona hər hansı bildiriş verilmədiyini bildirib.

//Samir Qurbanov, Editor.az