ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putini müharibəyə son qoymağa çağırıb.
Editor.az-ın məlumatına görə, Tramp bunu Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı deyib.
“Onlar bu axmaq müharibəyə son qoymalıdırlar”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp münaqişənin başa çatmasına iki ölkə lideri arasındakı düşmənçiliyin mane olduğunu deyib. O, ABŞ-ın Rusiya, Ukrayna və digər ölkələrlə yaxşı münasibətlər qurmaq istədiyini, bunun biznes üçün faydalı olduğunu vurğulayıb.
//Samir Qurbanov, Editor.az

