Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev, Odessa və Çornomorsk şəhərlərində hərbi məqsədlərlə istifadə olunan logistika obyektləri və anbarlara, eləcə də hərbi yük daşıdığı bildirilən gəmilərə zərbələr endirib.
Editor.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kiyev vilayətində hərbi məqsədlə istifadə olunan 3 logistika mərkəzi, Çornomorsk limanında və Qara dənizdə 2 gəmi, həmçinin Odessa limanındakı hərbi anbarlar vurulub.
Rusiya Müdafiə Nazirliyi zərbələrin yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə həyata keçirildiyini açıqlayıb.
Məlumatla bağlı Ukrayna tərəfinin mövqeyi açıqlanmayıb.
//Samir Qurbanov, Editor.az

