KKTC-də gəmi faciəsi: Nəqliyyat naziri vəzifədən azad edildibackend

KKTC-də gəmi faciəsi: Nəqliyyat naziri vəzifədən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) Girne–Mersin reysi zamanı sərnişin gəmisinin batması ilə bağlı araşdırma fonunda Nəqliyyat naziri Erhan Arıklı vəzifəsindən azad edilib.

Editor.az xatırladır ki, “Filo Jet” adlı yüksək sürətli sərnişin gəmisi Girne limanından Mersinin Taşucu limanına yola düşdükdən qısa müddət sonra su alaraq batıb. Gəmidə 267 sərnişin olub.

Hadisə nəticəsində 241 nəfər xilas edilib, 8 nəfərin meyiti aşkarlanıb. Daha sonra itkin düşənlərdən daha birinin meyitinin tapıldığı bildirilib. Axtarış-xilasetmə işləri davam edir.

Gəminin qalıqlarının Girne sahilləri yaxınlığında dənizin təxminən 550 metr dərinliyində aşkarlandığı bildirilir. Faciə ilə bağlı istintaq davam edir.

//Samir Qurbanov, Editor.az