Türkiyənin Antalya vilayətinin Kumluca rayonunda 60 yaşlı kişi tanımadığı şəxsin bıçaqlı hücumuna məruz qalıb.
Editor.az-ın məlumatına görə, hadisə Eski Cami məhəlləsində baş verib. İki bıçaq zərbəsi alan şəxs xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra qaçan şübhəli polis tərəfindən saxlanılarkən bıçağı yerə qoyaraq “Game Over” deyib və təslim olub. Onun 40 faiz əqli əlilliyi olduğu bildirilib və müalicə üçün Adanadakı xəstəxanaya göndərilib.
Hadisə anları təhlükəsizlik kameralarına düşüb.
//Samir Qurbanov, Editor.az

