Rusiya Almaniyanın hərbi ritorikası ilə Moskvanı qorxuda bilməyəcəyini bəyan edib. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Dmitri Lyubinski RIA Novosti agentliyinə müsahibəsində danışıb.
Lyubinskinin sözlərinə görə, Almaniyanın Rusiyaya qarşı “silah şaqqıltısı” nümayiş etdirməsi heç bir nəticə verməyəcək. O bildirib ki, Berlinin gərginliyi davamlı şəkildə artırmağa yönəlmiş siyasəti ilk növbədə Almaniyanın özü üçün ağır nəticələr doğura və hətta ölkəni fəlakətə sürükləyə bilər.
Rusiya XİN rəsmisi Almaniya rəhbərliyini eskalasiyadan çəkinməyə çağıraraq, mövcud vəziyyətin mümkün nəticələrinin ciddi şəkildə qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az

