Alimlər yaşa bağlı zəifliyin qarşısını almağın ən effektiv yolunu müəyyən ediblərbackend

Alimlər yaşa bağlı zəifliyin qarşısını almağın ən effektiv yolunu müəyyən ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaş artdıqca orqanizmdə yaranan fiziki zəifliyin qarşısını almaqda müntəzəm fiziki aktivlik və düzgün qidalanma ən təsirli üsullar hesab olunur.

Editor.az xəbər verir ki, bu barədə Frontiers in Nutrition jurnalında dərc olunan yeni tədqiqatda bildirilir.

Araşdırma çərçivəsində 5,7 mindən çox yaşlı insanın iştirak etdiyi 35 randomizə olunmuş klinik tədqiqatın nəticələri təhlil edilib. Alimlər fiziki məşqlərin, qida əlavələrinin və kompleks sağlamlıq proqramlarının effektivliyini müqayisə ediblər.

Təhlilin nəticələrinə əsasən, xüsusilə güc məşqləri və müxtəlif hərəkətləri özündə birləşdirən məşq proqramları yaşa bağlı zəifliyin aradan qaldırılmasında ən sabit və effektiv nəticələr göstərib. Fiziki məşqlərin qida əlavələri ilə birlikdə tətbiqi isə əzələ kütləsinin və əzələ gücünün artmasına daha çox kömək edib.

Mütəxəssislər qeyd edirlər ki, yaşa bağlı zəiflik yıxılma, əlillik və xəstəxanaya yerləşdirilmə riskini artıran əsas amillərdən biridir. Onların fikrincə, müntəzəm fiziki aktivlik sağlam qocalmanın vacib şərtlərindən biri hesab olunur və yaşlı insanların həyat keyfiyyətinin qorunmasına mühüm töhfə verir.

Bundan əvvəl ABŞ alimləri müəyyən etmişdilər ki, yaş artdıqca orqanizmdə hüceyrə qalıqlarını təmizləyən immun sistemi hüceyrələri – makrofaqlar öz funksiyalarını əvvəlki qədər səmərəli yerinə yetirə bilmir. Bu isə qocalma prosesinin sürətlənməsinə təsir göstərən amillərdən biri hesab edilir.

//Gülnarə Abasova, Editor.az