Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və digər yüksəksəviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

