Air India aviaşirkətinə məxsus Phuket–Dehli reysini həyata keçirən sərnişin təyyarəsi uçuş zamanı güclü turbulensiyaya məruz qalıb.
Hadisə nəticəsində onlarla sərnişin və ekipaj üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
The Independent nəşrinin məlumatına görə, təyyarə qəfil hava axınlarına düşərək kəskin hündürlük itkisi yaşayıb.
Güclü silkələnmə səbəbindən təhlükəsizlik kəmərini bağlamayan bəzi sərnişinlər və stüardlar salonun tavanına çırpılıb.
Buna baxmayaraq, ekipaj vəziyyəti nəzarət altına alıb və təyyarə Dehlidə təhlükəsiz eniş edib. Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib, bir neçə nəfər isə əlavə müayinə və müalicə üçün xəstəxanaya yerləşdirilib.
Hazırda insidentin səbəbləri araşdırılır.
İlkin məlumata görə, hadisəyə güclü atmosfer turbulensiyası səbəb olub.
//Samir Qurbanov, Editor.az

