Gürcüstan yenidən qaranlığa qərq oldu: genişmiqyaslı elektrik kəsintisibackend

Gürcüstan yenidən qaranlığa qərq oldu: genişmiqyaslı elektrik kəsintisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda növbəti dəfə genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib.

Blekaut nəticəsində ölkənin bir çox şəhərində elektrik təchizatı dayanıb, paytaxt Tbilisidə metro və dəmir yolu nəqliyyatı müvəqqəti fəaliyyətini dayandırıb.

İlkin məlumata görə, hadisə İnquri Su Elektrik Stansiyasında aparılan planlı sınaqlar zamanı baş verib. Sınaqlar çərçivəsində enerji sisteminin izolyasiya olunmuş rejimdə işləməsi nəzərdə tutulurdu, lakin proses zamanı gözlənilmədən bütün enerji sistemi dayanıb. Hazırda mütəxəssislər qəzanın dəqiq səbəblərini araşdırırlar.

Rəsmi qurumların məlumatına əsasən, elektrik enerjisinin verilişi qısa müddət ərzində mərhələli şəkildə bərpa olunub. Bu, son iki həftə ərzində Gürcüstanda qeydə alınan üçüncü genişmiqyaslı blekautdur.