Bakıda Mirtağı məscidində yanğın olub – FHN-dən operativ müdaxilə
Musavat.com xəbər verir ki, Bakı şəhərində Köhnə Günəşli qəsəbəsinin ərazisində yerləşən Mirtağı məscidində yanğın hadisəsi qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğınsöndürənlərin operativ və çevik müdaxiləsi nəticəsində alovun genişlənməsinə imkan verilməyib və yanğın qısa müddət ərzində tam söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda yanğının başvermə səbəbləri və dəymiş ziyanın həcmi dəqiqləşdirilir.
***
Bakıda məsciddə yanğın başlayıb.
Musavat.com xəbər verir ki, hadisə paytaxtın Köhnə Günəşli qəsəbəsinin ərazisində yerləşən Mirtağı məscidində qeydə alınıb.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

