Qətərin Ras Laffan şəhərində yerləşən zavodlardan birində partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Qətərin əsas mayeləşdirilmiş təbii qaz emalı müəssisələrinin yerləşdiyi Ras Laffan sənaye zonasında qeydə alınıb.
Nazirliyin məlumatına görə, partlayış nəticəsində xəsarət alan olmayıb. Həmçinin hər hansı qaz və ya digər maddənin sızması faktı qeydə alınmayıb.
Hadisənin başvermə səbəbləri hələlik açıqlanmayıb.
Bundan əvvəl “Reuters” agentliyinin şahidi Qətərin paytaxtı Doha şəhərində güclü partlayış səsinin eşidildiyini bildirmişdi.


