İndoneziya sahillərində 6,7 maqnitudalı güclü zəlzələ baş veribbackend

İndoneziya sahillərində 6,7 maqnitudalı güclü zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziya sahillərində 6,7 maqnitudalı güclü zəlzələ qeydə alınıb.

Editor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında bildirilir.  

Məlumata görə, yeraltı təkanların episentri Sulavesi adasında yerləşən, təxminən 282 min nəfər əhalisi olan Palu şəhərindən 46 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.  

Hazırda dağıntılar və ya xəsarət alanlarla bağlı rəsmi məlumat açıqlanmayıb. Həmçinin zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.  

Qeyd edək ki, həmin gecə Kubanın qərbində yerləşən Pinar-del-Rio əyalətində də 5,3 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların episentri Mantua şəhəri yaxınlığında, 10 kilometr dərinlikdə qeydə alınıb. Bundan əvvəl, iyunun 8-də də eyni bölgədə 6,2 maqnitudalı zəlzələ müşahidə olunmuş və təkanlar Havana şəhərində hiss edilmişdi.  

//Gülnarə Abasova, Editor.az