Almaniya kansleri Friedrich Merz bildirib ki, Ukrayna müharibə davam etdiyi müddətdə Avropa İttifaqının tamhüquqlu üzvü ola bilməyəcək.
Merz bu açıqlamanı Brüsseldə keçirilən Avropa Şurasının iclasından sonra keçirilən mətbuat konfransında verib.
Almaniya hökumətinin rəhbəri qeyd edib ki, Ukraynanın Aİ-yə inteqrasiyası məsələsi təhlükəsizlik vəziyyəti və müharibənin nəticələri ilə birbaşa bağlıdır.
//Samir Qurbanov, Editor.az


