Ukrayna sənayesi üçün CBAM riski: Aİ-yə çağırış edildibackend

Ukrayna sənayesi üçün CBAM riski: Aİ-yə çağırış edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərhəddə karbon tənzimləmə mexanizmi (CBAM) müharibə şəraitində olan ölkələrin reallıqlarına uyğunlaşdırılmalıdır.

ESG Liga-nın təsisçisi, Ətraf Mühit üzrə Peşəkarlar Assosiasiyasının (PAEW) prezidenti və “Davamlı Həllər Ofisi”nin baş direktoru Lyudmila Tsyganok bildirib ki, Ukrayna CBAM mexanizminin yaradılmasına səbəb olan problemin mənbəyi deyil.

Onun sözlərinə görə, mexanizmin tam tətbiqi məhz Ukrayna sənayesinə ciddi mənfi təsir göstərə bilər. Tsyganok Avropa İttifaqını qərar qəbul edərkən Ukraynanın müharibə səbəbindən üzləşdiyi iqtisadi və sənaye risklərini nəzərə almağa çağırıb.

//Samir Qurbanov, Editor.az