İsveçrədə ABŞ-İran danışıqları başlayıb – FOTO – VİDEObackend

İsveçrədə ABŞ-İran danışıqları başlayıb – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər Xarici İşlər Nazirliyi İsveçrədə ABŞ, İran və Pakistan nümayəndələrinin iştirakı ilə danışıqların başladığını və yüksəksəviyyəli komitənin ilk iclasının keçirildiyini elan edib.

Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

“Qətər vasitəçi qismində ABŞ, İran və iki vasitəçi ölkə – Qətərlə Pakistan nümayəndələrinin iştirakı ilə sammitin işə başladığını elan edir”, – deyə qurumun bəyanatında qeyd olunur.

Doha bu görüşlərin ABŞ və İran arasındakı qarşılıqlı anlaşma memorandumunda toxunulan bütün aspektləri əhatə edən hərtərəfli və davamlı bir sazişin əldə olunmasına gətirib çıxaracağına ümidvar olduğunu bildirib.

Qətər XİN-in rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib ki, tərəflər yekun sazişin bəndləri üzrə danışıqlar aparmaq üçün ixtisaslaşdırılmış texniki qruplar formalaşdırıblar. Bundan əlavə, memorandumun müddəalarının icrasına nəzarət edəcək monitorinq qrupları da yaradılıb.

İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçı rəhbərlik edirlər.

Vaşinqtonu isə danışıqlarda ABŞ-nin vitse-prezidenti Cey Di Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edirlər.

ABŞ və İran nümayəndə heyətləri, həmçinin Qətər və Pakistandan olan vasitəçilər texniki danışıqların keçiriləcəyi Bürgenştok şəhərinə gediblər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

“ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti, həmçinin vasitəçilər – Pakistan və Qətər Bürgenştoka gəliblər”, – deyə mətndə bildirilir.

Danışıqların günorta saatlarında başlayacağı gözlənilir.