Lerik Rayon Təhsil Sektorunun müdiri Zöhrab Salayev 65 yaşında vəfat edib.
Bu barədə onun yaxınları məlumat yayıblar.
Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.
Qeyd edək ki, Zöhrab Salayev 1960-cı ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. O, 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.



