İran XİN İsveçrədə ABŞ ilə danışıqların detallarını açıqladıbackend

İran XİN İsveçrədə ABŞ ilə danışıqların detallarını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran nümayəndə heyəti iyunun 21-də İsveçrədə iki raund danışıqlar keçirəcək. Birinci raund vasitəçi ölkələrin nümayəndələri ilə baş tutacaq, ikincisi isə ABŞ-nin iştirakı ilə dördtərəfli görüş formatında olacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai IRNA agentliyinə müsahibəsində bildirib.

“Günorta saatlarında bu prosesdə vasitəçi qismində çıxış edən Pakistan və Qətər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçiriləcək. Günün ikinci yarısında isə Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə İran və ABŞ nümayəndə heyətləri arasında dördtərəfli görüşlər baş tutacaq”, – deyə o qeyd edib.

Eyni zamanda, XİN rəsmisi danışıqların bir gün ərzində tamamlanacağını vurğulayıb.

Daha əvvəl İsveçrə XİN ABŞ və İran nümayəndə heyətlərinin, eləcə də Qətər və Pakistandan olan vasitəçilərin danışıqların keçiriləcəyi İsveçrənin Bürgenştok şəhərinə getdiyini təsdiqləmişdi.