Kiyevlə Varşava arasında orden savaşı: Budanov Polşanın mükafatından imtina etdibackend

Kiyevlə Varşava arasında orden savaşı: Budanov Polşanın mükafatından imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezident Ofisinin rəhbəri Budanov Polşanın yüksək dövlət mükafatı olan “Polşa qarşısında xidmətlərə görə” ordenindən imtina etdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, Budanov bu qərarı Varşavanın Ukrayna Prezidenti Volodimir Zelenskini Polşanın ən ali mükafatı – “Ağ qartal” ordenindən məhrum etməsindən sonra qəbul etdiyini öz rəsmi teleqram kanalında açıqlayıb. O, Polşa tərəfinin bu addımını iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə hörmətsizlik kimi qiymətləndirib.

Qeyd edək ki, Kiyev və Varşava arasında yaşanan bu diplomatik mükafat böhranı çərçivəsində analoji addım dünən Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən də atılmışdı. Sibiqa da Polşanın bənzər ordenindən rəsmən imtina etdiyini bildirmişdi. Ukraynalı rəsmilərin bu mütəşəkkil etirazı son dövrlər Polşa və Ukrayna arasında siyasi müstəvidə yaranan gərginliyin daha bir göstəricisi hesab olunur.