ABŞ-da Ukrayna üçün silahların Rusiya aktivləri hesabına alınması təklif edildibackend

ABŞ-da Ukrayna üçün silahların Rusiya aktivləri hesabına alınması təklif edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatında iki partiyalı altı senatorun təqdim etdiyi yeni qanun layihəsi dondurulmuş Rusiya aktivlərinin istifadəsi imkanlarını genişləndirməyi nəzərdə tutur.

Editor.az xəbər verir ki, SABER adlı təşəbbüsə əsasən, müsadirə edilmiş Rusiya dövlət aktivlərindən Ukraynanın müdafiəsi üçün silah və hərbi avadanlıqların alınmasında istifadə oluna bilər.

Qanun layihəsinin müəllifləri bildiriblər ki, məqsəd Ukraynanın müdafiə imkanlarını gücləndirmək və Rusiya aktivlərini Kiyevə dəstəyə yönəltməkdir.

//Samir Qurbanov, Editor.az