Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 52,707 milyon ABŞ dolları dəyərində polad idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 40,8 % çoxdur.
Təkcə mayda isə Türkiyə Azərbaycana 9,64 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 16,1 % çoxdur.
Türkiyədən ən çox bu məhsulun idxalını Rumıniya 548,351 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 1,6 % az), İtaliya 477,794 milyon ABŞ dolları (4,8 % çox) və Böyük Britanya 398,097 milyon ABŞ dolları (82,7 % çox) dəyərində həyata keçirib.
Türkiyənin 5 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 2,5 % azalaraq 6 milyard 647,624 milyon ABŞ dolları, mayda isə 4,7 % azalaraq 1 milyard 425,971 milyon ABŞ dolları olub.


