Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkarlanıbbackend

Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkar olunub.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 9 sürücü saxlanılıb.

Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 12 avtomobil sahibi də saxlanılıb ki, onlardan birinin sürücülük hüququ olmayıb.

Faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.