Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?backend

Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nihad Ənvər oğlu Şıxəliyevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib. Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilməsi barədə sərncamında əksini tapıb.

Dövlət başçısı tərəfindən “ədliyyə general-mayoru” rütbəsinə layiq görülən Nihad Şıxəliyevlə bağlı maraqlı faktları təqdim edirik:

Nihad Ənvər oğlu Şıxəliyev daha əvvəl Respublika Hərbi Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili (Ərizə və müraciətlər) şöbəsinin rəisi vəzifəsində çalışıb.

Baş prokuror Kamran Əliyevin 14 iyul 2025-ci il tarixli əmri ilə o, Mehdi Hüseynzadəni əvəz edərək Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin olunub./yenisabah/