Nepalın Tibetlə sərhədyanı ərazilərində güclü sel baş verib. Bhote-Koşi çayında suyun qəfil yüksəlməsi nəticəsində Rasuva bölgəsində yaşayış məntəqələri və mühüm infrastruktur obyektləri ciddi zərər görüb.
Editor.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, fəlakət nəticəsində ən azı 18 nəfər həyatını itirib. Yüzlərlə şəxsin taleyi isə hələ də məlum deyil.
Nepal Turizm Şurası bölgədə səfərdə olan 384 nəfərlə əlaqənin kəsildiyini açıqlayıb. Onlardan 291-nin xarici ölkə vətəndaşı, 93-nün isə Nepal vətəndaşı olduğu bildirilir.
İtkin düşən xarici vətəndaşlar arasında 12 Britaniya, 105 Hindistan, 17 Malayziya, 4 Cənubi Afrika, 3 ABŞ, 1 Avstraliya və 1 Niderland vətəndaşı var. Daha 111 nəfərin vətəndaşlığı hələ müəyyən edilməyib.
Nepalın Baş naziri Balendra Şah isə polis və ordunun xilasetmə və yardım işlərinə cəlb edildiyini açıqlayıb. O, alçaq ərazilərdə yaşayan insanların daha təhlükəsiz yerlərə təxliyə edilməsinə dair göstəriş verildiyini bildirib.
//Gülnarə Abasova, Editor.az

