Tramp Əhməd Vahidi ilə BELƏ ƏLAQƏ QURUB – SENASİON DETALLARbackend

Tramp Əhməd Vahidi ilə BELƏ ƏLAQƏ QURUB – SENASİON DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın administrasiyası may ayında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi ilə İraq Kürdüstanının prezidenti Neçirvan Bərzani vasitəsilə gizli əlaqə kanalı yaradıb.

Bu barədə “Axios”un müxbiri Barak Ravid üç mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ Ev SEPAH rəhbərliyinin ABŞ-la İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin müzakirə etdiyi razılaşmaları dəstəkləyib-dəstəkləmədiyini öyrənmək istəyib.

Ağ Evdə belə qənaətə gəlinib ki, SEPAH rəhbərliyi ilə birbaşa və gizli əlaqə kanalı yaratmaq lazımdır. Təxminən mayın 10-da həmin vaxt ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsində çalışan Tulsi Qabbard Neçirvan Bərzaniyə zəng edib.

Nəşrin iki mənbəsinin sözlərinə görə, Qabbard Bərzaniyə bildirib ki, ABŞ administrasiyası SEPAH-ın baş komandanı general Əhməd Vahidi ilə əlaqə yaratmağa onun kömək edə biləcəyini düşünür.

Bərzani İran-İraq müharibəsi zamanı İranda yaşayıb və Tehran Universitetində təhsil alıb. O, fars dilində sərbəst danışır.

ABŞ-ın dörd prezidentinin dövründə Yaxın Şərq məsələləri üzrə müşavir vəzifəsində çalışmış Bret Makqurk Bərzani haqqında belə deyib:

“Neçirvan Bərzani praqmatik problemləri həll edən şəxsdir. O, bütün regionda hörmət qazanıb. Tehranda, eləcə də Vaşinqtonda demək olar ki, hər kəsi tanıyır. İnsanlar çətin vəziyyətə düşəndə ona zəng edirlər”.

Mənbənin sözlərinə görə, Qabbard Bərzaniyə zənginin Prezident Donald Tramp və vitse-prezident Cey Di Vensin razılığı ilə edildiyini çatdırıb. Qabbard həmçinin bildirib ki, vasitəçilər məsələni aydınlaşdırmaq üçün Vahidi ilə əlaqə yarada bilməyiblər.

Tulsi Qabbardın xahişi ilə mayın 14-də Bərzani SEPAH-dakı əlaqələrinə müraciət edərək Donald Tramp administrasiyasından mesajı olduğunu bildirib. O, eyni zamanda vurğulayıb:

“Amma mən birbaşa general Vahidi ilə danışmaq istəyirəm”.

İran tərəfi bununla razılaşıb. Həmin gün SEPAH-ın yüksək vəzifəli rəsmisi İraq Kürdüstanının paytaxtı Ərbildə Bərzaninin ofisinə gəlib. Onun yanında qorunan rabitə üçün şifrələnmiş telefon olub.

Söhbət zamanı Bərzani Vahididən İranın danışıqlar qrupunun fəaliyyəti ilə öz fəaliyyətini koordinasiya edib-etmədiyini soruşub.

Əhməd Vəhidi aradan qaldırılıbmı? — Tehran tam sükut saxlayır.

İranlı general müsbət cavab verib:

“Mən onları tam dəstəkləyirəm və bu, SEPAH-ın da mövqeyidir. Biz bu böhranın danışıqlar yolu ilə həllinə üstünlük veririk”.

Ağ Evdə yüksək vəzifəli məmur da daxil olmaqla üç mənbənin bildirdiyinə görə, Bərzani Vahidi ilə söhbətdən dərhal sonra Qabbarda zəng edərək İran tərəfinin cavabı barədə onu məlumatlandırıb. Qabbard isə daha sonra bu məlumatı Ağ Evə çatdırıb.

Məlumata görə, Tramp administrasiyası daha sonra Bərzaniyə Ərbildə ABŞ və İranın yüksək səviyyəli nümayəndələri arasında gizli danışıqlar təşkil etməyi təklif edib.

İran rəsmiləri bu təklifi tamamilə rədd etməyib, lakin təhlükəsizliklə bağlı narahatlıqlarını bildiriblər. Xüsusilə İsrail kəşfiyyatının İraq Kürdüstanında onlara zərbə endirə biləcəyindən ehtiyat edilib.

Nəticədə planlaşdırılan görüş baş tutmayıb.

Musavat.com