Qanalı şaman Nana Kvakvu Bonsamın Türkiyə millisi ilə bağlı paylaşımı maraq doğurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Belə ki, sözügedən şaman Türkiyə millisinin 2026-cı il dünya çempionatındakı uğursuz çıxışına görə özünü günahkar hesab edib.
“Ritual zamanı Qananın rəqibini zəiflətmək üçün hazırladığım xüsusi “cadu”nun istiqaməti təsadüfən dəyişdi və təsir Türkiyə millisinə yönəldi.
Buna səbəb mərasim zamanı köməkçimin xəritəni əlində saxlayarkən büdrəməsi oldu”, – deyə şaman qeyd edib.
Bu iddialar onun öz paylaşımına əsaslanır və fövqəltəbii təsirlərə dair elmi sübut yoxdur.
Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsinin son turunda ABŞ-ni 3:2 hesabı ilə məğlub etsə də, üç oyunda topladığı 3 xalla D qrupunu sonuncu pillədə başa vuraraq mundialla vidalaşıb.

Nana Kvakvu Bonsam

