Seul Pxenyanla əlaqə kanallarının bərpası və gücləndirilməsi üçün danışıqların vacibliyini vurğulayıb.
Editor.az xəbər verir ki, Cənubi Koreyanın müdafiə naziri Kan Sin Çxol Koreya Xalq Demokratik Respublikasını (KXDR) danışıqlar masasına qayıtmağa çağırıb.
Nazirin bu çağırışı Cənubi Koreya tərəfinin demilitarizasiya zonasında Şimali Koreyaya məxsus mina ehtimalının müəyyən edilməsi ilə bağlı açıqlamasından sonra səslənib. Bu barədə Yonhap agentliyi məlumat yayıb.
Kan Sin Çxol hadisənin fonunda tərəflərin bir-biri ilə əlaqə saxlamasının və vəziyyəti müzakirə etməsinin vacib olduğunu bildirib.
“Bu hadisənin fonunda bir-birimizi yoxlamalıyıq. Danışıqlar masasına əyləşin — mən bunun üzərində qətiyyətlə dayanacağam. Söhbət yalnız hərbi demarkasiya xəttindən getmir. Əslində, daha vacib məsələ əlaqə sisteminin özüdür”, — deyə Cənubi Koreyanın müdafiə naziri bildirib.
Nazir Seulun Koreyalararası əlaqə kanallarının bərpası və onların daha da gücləndirilməsi üçün effektiv tədbirlərin görülməsinə çalışacağını qeyd edib.
//Gülnarə Abasova, Editor.az

