Ukrayna xarici işlər naziri: “İnsanların həyatını xilas etmək üçün daha çox silah lazımdır”backend

Ukrayna xarici işlər naziri: “İnsanların həyatını xilas etmək üçün daha çox silah lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Xarici İşlər Naziri Dimitro Kuleba NATO-nun baş katibi Yens Stoltenberqlə  görüşüb.

Editor.az xəbər verir ki, görüş zamanı Ukrayna-NATO əməkdaşlığı müzakirə edilib.

O, Ukraynanın xilasının sadə yolu kimi NATO ölkələrindən daha çox silah tədarük edilməsinin lazım olduğunu bildirib.

“NATO ölkələrindən bizə çoxlu silah tədarük edilməlidir. Bu Ukrayna xalqının xilası üçün yeganə yoludur. Buça şəhərindəki qətliamın yenidən təkrarlanmaması üçün NATO-nun hərbi dəstəyinə ehtiyacımız var. Mən bura üç məsələni müzakirə etmək üçün gəlmişəm. Silahlar, silahlar və yenə də silahlar. Ukraynanın qalib gəlməsinə kömək edəcək uzunmüddətli həll yollarını axtarmalıyıq.”-deyə Kuleba bildirib.

//Editor.az