Xırdalanla bağlı yeni FAKT: görün kimlər yaşayıb – FOTObackend

Xırdalanla bağlı yeni FAKT: görün kimlər yaşayıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan DNT layihəsindən maraqlı yeni nəticə üzə çıxıb”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan DNT layihəsinin admini, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə araşdırmaçı Orxan Xansuvar qeyd edib.

O bildirib ki, analizlər Xırdalanda finikiya varisi olduğunu göstərir:

“Ata nəsli Xırdalanın köklü və yerli soylarından olan, arxiv sənədləri ilə 1831-ci ildə də burada mövcudluğu olan Abbasalılar tayfasının Y DNT nəticəsi J1 haploqrupunun CTS7680 alt qolu olaraq müəyyən olundu.

Bu subkladın 3200 il yaşı var. Əsasən Levant mənşəlidir. Belə ki, həmyerlimiz ata xətti ilə təxmini olaraq 3000 ilə Livandakı finikiya paleodnt nümunəsi ilə birləşir. Test personal tiplidir və layihəmizin bazasına daxildir”.

768310250 2100209290843197 8196076927146205393 n