Britaniyadan Ukraynaya nüvə təhlükəsizlik təminatı təklifibackend

Britaniyadan Ukraynaya nüvə təhlükəsizlik təminatı təklifi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada ölkənin nüvə çəkindirmə imkanlarının NATO üzvü olmayan Avropa ölkələrinə, o cümlədən Ukraynaya da şamil edilməsi təklif olunub.

Editor.az xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb.

Təklifə əsasən, Londonun nüvə «çətiri»nin NATO-ya daxil olmayan Avropa tərəfdaşlarına genişləndirilməsi onların təhlükəsizlik təminatlarını gücləndirə və mümkün xarici təhdidlərə qarşı çəkindirmə mexanizmini möhkəmləndirə bilər.
Məsələ Ukraynanın gələcək təhlükəsizlik təminatları ilə bağlı Qərbdə aparılan müzakirələr fonunda gündəmə gəlib. NATO üzvü olmayan ölkələr üçün əlavə təhlükəsizlik mexanizmlərinin yaradılması Avropanın gələcək müdafiə arxitekturasının əsas müzakirə mövzularından biri olaraq qalır.

Bununla belə, sözügedən təklifin Britaniya hökumətinin rəsmi qərarı deyil, siyasi təşəbbüs olduğu bildirilir.

//Samir Qurbanov, Editor.az