Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ərazisinə qarşı yeni əməliyyatların hazırlanması barədə açıqlama verib.
Zelenski bildirib ki, Ukraynanın hərbi rəhbərliyi ilə keçirilən müşavirə zamanı uzaqmənzilli əməliyyatların icrası ilə bağlı plan müzakirə olunub. Onun sözlərinə görə, daha əvvəl planlaşdırılan bəzi əməliyyatlara düzəlişlər edilib və yeni əməliyyatlar təsdiqlənib.
Ukrayna lideri yeni zərbələrin konkret hədəfləri və həyata keçirilmə tarixləri barədə ətraflı məlumat verməyib.
Zelenski həmçinin uzaqmənzilli imkanlardan istifadə etməklə təşəbbüsün qorunmasının vacibliyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az

