Yelizabet Brou: səfərbərlik Rusiya iqtisadiyyatını da çökdürəcəkbackend

Yelizabet Brou: səfərbərlik Rusiya iqtisadiyyatını da çökdürəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi kortəbii səfərbərlik Rusiya iqtisadiyyatı üçün ağır nəticələri olacaq.

Editor.az bildirir ki, bu haqda “Politico”ya Amerika Müəssisə İnstitutunun əməkdaşı Yelizabet Brou danışıb. Onun sözlərinə görə, səfərbərlik bütün sektorlarda ixtisaslı işçi çatışmazlığına gətirib çıxaracaq ki, Moskvanın da bu ehtimalla bağlı heç bir fəaliyyət planı yoxdur.

Kreml nə qədər çox insan səfərbər edərsə, bir o qədər də insan ölkəni tərk etməyə çalışacaq. Ola bilsin ki, Putin 300 000 ehtiyatda olan əsgəri səfərbər etməkdə uğur qazansın, lakin onun elanından sonra 360 000-ə yaxını insan hərbi xidmətdən yayınmaq üçün Gürcüstan və Qazaxıstana gedib. Hazırda Rusiyanı tərk edən kişilər əmək qabiliyyətli yaşındadırlar və onların getməsi RF Silahlı Qüvvələri üçün böyük itkidir.

Amma bu qədər kişilərin həm səfərbər olması, həm də ən azı hərbi xidmətə çağırılanlardan az olmamaq şərti ilə ölkəni tərk etməsi başqa bir problem yaradacaq: bütün sənaye sahələrində ixtisaslı kadr problemini. Brou qeyd edib ki, Rusiyada müharibə dövründə cəmiyyətin davamlılığını təmin edən sistem yoxdur. Ölkəni tərk edən kişilərin yerini tez tuta biləcək qadınlar da azdır. Məsələn, İsveç və Finlandiyanın müharibə vəziyyətində cəmiyyətin fəaliyyətini necə saxlamaqla bağlı çoxdan ətraflı planları var.

  //Samir,Editor.az