Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Azərbaycan, Ermənistan və keçmiş SSRİ məkanına daxil olan digər dövlətlərlə münasibətləri gücləndirmək niyyətində olduğunu açıqlayıb.
Editor.az xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında paylaşım edərək bildirib ki, Ukrayna region ölkələri ilə daha güclü və qarşılıqlı faydalı əməkdaşlıq qurmağa çalışacaq. Onun sözlərinə görə, bu siyasət həm ikitərəfli əlaqələrin inkişafına, həm də regional əməkdaşlığın genişlənməsinə xidmət edəcək.
Prezident paylaşımında Azərbaycanın və Ermənistanın adını xüsusi qeyd edib, həmçinin keçmiş SSRİ məkanındakı digər ölkələrlə də əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az

