Zelenski Ukraynada müharibənin başa çatacağı yeni vaxtı açıqladıbackend

Zelenski Ukraynada müharibənin başa çatacağı yeni vaxtı açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya müharibənin dayandırılması ilə bağlı yeni vaxt çərçivəsi müəyyən etdiklərini bəyan edib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin 2026-cı ilin avqust ayının sonuna qədər atəşkəsə razılıq verməli və müharibənin dayandırılması istiqamətində real addımlar atmalıdır.

Zelenski bildirib ki, əgər bu müddət ərzində Moskva konstruktiv mövqe nümayiş etdirməsə, Rusiyaya qarşı beynəlxalq təzyiqlər, o cümlədən sanksiyalar daha da sərtləşdirilməlidir.

Ukrayna lideri vurğulayıb ki, Kiyev ədalətli və davamlı sülhə hazırdır. Bununla belə, müharibənin nə vaxt başa çatacağı Rusiyanın qərarlarından, cəbhədəki vəziyyətdən və diplomatik proseslərin gedişindən asılı olaraq qalır.

//Samir Qurbanov, Editor.az