LRMX PHŞ-in direktoru yaşayış yerini dəyişdiyi üçün öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Lənkəran rayon mərkəzi xəstəxanasının PHŞ-in direktoru Nuridə Rafiq qızı Məmmədova yaşayış yerini dəyişdiyi üçün öz istəyi və ərizəsi əsasında tutduğu vəzifəsindən azad olunub.
N.Məmmədova əmək fəaliyyəti dövründə bir sıra rəhbər vəzifələrdə çalışıb. O, 2017-2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022-2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.
2025-ci ilin avqust ayından Lənkəran RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunub. (nocomment.az)

