Budanov: Rusiya üçün müharibə artıq strateji dalana dirənibbackend

Budanov: Rusiya üçün müharibə artıq strateji dalana dirənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin artıq strateji baxımdan dalana dirəndiyini bildirib.

Budanovun sözlərinə görə, Rusiyanı sülhə məcbur etmək məqsədilə həyata keçirilən xüsusi tədbirlər davam etdirilir. O vurğulayıb ki, bu proses konkret vaxt çərçivəsi ilə deyil, əldə olunacaq nəticə ilə qiymətləndirilməlidir.
“Rusiya üçün bu müharibə çoxdan strateji dalana dirənib. Qarşı tərəfi sülhə məcbur etməyə yönəlmiş tədbirlər davam edir və Ukrayna qarşıya qoyulan məqsədə çatmaq üçün fəaliyyətini davam etdirəcək”, – deyə Budanov bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna rəhbərliyi əsas diqqəti əməliyyatların nəticəsinə yönəldib və ölkənin maraqlarını təmin edəcək addımlar atmaqda davam edəcək.

//Samir Qurbanov, Editor.az