Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək.
Editor.az Sportinfo.az-a istinadən xəbər verir ki, 23 yaşlı forvard Super Liqada mübarizə aparacaq “Erzurumspor”la danışıqları uğurla yekunlaşdırıb.
O, ABŞ təmsilçisindən birillik icarəyə götürülüb. Nəriman ən qısa zamanda okeanın o tayından Türkiyəyə gələcək və məşqlərə qoşulacaq.
Qeyd edək ki, “Erzurumspor” I Liqanın son çempionudur və beşillik fasilədən sonra yenidən Superliqada çıxış etmək hüququ qazanıb.

