Fransa futbolunun əfsanəsi, dünya və Avropa çempionu Zinədin Zidan uzun fasilədən sonra yenidən məşqçilik fəaliyyətinə qayıdıb.
Fransa Futbol Federasiyası Zidanın milli komandanın baş məşqçisi təyin olunduğunu rəsmən açıqlayıb. Tərəflər arasında imzalanan müqaviləyə əsasən, 54 yaşlı mütəxəssis yığmanı 2030-cu il dünya çempionatının sonuna qədər çalışdıracaq.
Bu, Zidanın 2021-ci ildə “Real Madrid”dən ayrıldıqdan sonra ilk məşqçi təyinatıdır. O, yeni vəzifəsində uzun illər Fransa millisini çalışdıran Didye Deşamı əvəz edəcək.
Qeyd edək ki, Zinədin Zidan “Real Madrid”in baş məşqçisi kimi üç dəfə ardıcıl UEFA Çempionlar Liqasının qalibi olmaqla futbol tarixinin ən uğurlu məşqçilərindən biri hesab olunur.
//Samir Qurbanov, Editor.az

