Füzulidə dəhşətli hadisə: Ata doğma qızına təcavüz edib – 15 il həbsbackend

Füzulidə dəhşətli hadisə: Ata doğma qızına təcavüz edib – 15 il həbs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli rayonunda ata öz qızına qarşı cinsi zorakılıq törədib.

Editor.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisəni törədən rayon sakini, 1987-ci il təvəllüdlü Vasif Ağayevin (ad və soyad şərtidir – red.) 2008-ci ildə ailə qurduğu və nikahdan üç övladının olduğu müəyyən edilib.

Məlumata görə, bir müddət əvvəl Vasif Ağayevin anası yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bundan sonra o, həyat yoldaşını anasına qulluq etmək üçün Bakıya göndərib.

Həmin vaxtdan etibarən Vasifin rayon ərazisində yerləşən kafelərdə dostları ilə spirtli içki qəbul etdiyi və evə sərxoş vəziyyətdə gəldiyi bildirilir.

İddialara görə, o, günlərin birində evə sərxoş vəziyyətdə qayıdarkən qızının telefonla başqa şəxslə danışdığını görüb və telefonu əlindən alıb. Telefonu yoxladıqdan sonra 2009-cu il təvəllüdlü qızının rayonda yaşayan bir oğlanla yazışdığını öyrənib.

Qız atasından bu barədə heç kimə məlumat verməməsini xahiş edib. Vasif isə onun istəyini qəbul edərək məsələni heç kimə bildirməyib.

Növbəti gün qızının yatdığını görən ata onun otağına daxil olaraq qızına qarşı cinsi zorakılıq törədib. Qızın müqavimət göstərməsinə baxmayaraq, Vasif onun köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq edib və onunla qeyri-təbii yolla cinsi əlaqəyə girib.

Məlumata əsasən, ata və qızı arasında bu xarakterli münasibət təxminən bir il davam edib.

Bir il sonra qız baş verənlər barədə sevgilisinə danışaraq atasının zorakılığına məruz qaldığını bildirib. Oğlanın müraciəti əsasında polis əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib və Vasif Ağayev saxlanılıb.

İstintaq zamanı o, törətdiyi əməli etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb və iş materialları məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə V.Ağayev 15 il müddətinə azadlıqdan məhrum edilib.