Rusiyada zəlzələ oldu: Yeraltı təkanların gücü AÇIQLANDIbackend

Rusiyada zəlzələ oldu: Yeraltı təkanların gücü AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Buryatiya Respublikasında zəlzələ qeydə alınıb.

Editor.az Milli.Az-a istinadən xəbər verir ki, yeraltı təkanlar oktyabrın 5-də, yerli vaxtla saat 06:54-də, Bakı vaxtı ilə isə 02:54-də baş verib.

Məlumata görə, zəlzələnin maqnitudası 4,1 olub. Seysmoloqlar bu gücdə olan zəlzələni episentrə yaxın ərazilərdə hiss edilə bilən və cüzi dağıntılara səbəb ola biləcək təkan kimi qiymətləndirirlər.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında isə zəlzələnin maqnitudasının 4,4 olduğu bildirilib.

Yeraltı təkanlar nəticəsində bölgə sakinləri arasında xəsarət alan olmayıb. Həmçinin hər hansı dağıntı barədə məlumat verilməyib.